Kokpit.az xatırladır ki, Françesko Banyaya mövsünü 11 qələbə ilə bağlasa da, Dünya Çempioluğu cəmi 3 yarış qazanmış Xorxe Martinə gedib. Mövsümün sonunda italyan sürücü rəqibinə 10 xal uduzub.
Banyayanın titulu itirməsində əsas amillərdən biri Malayziya yarışında ikinci gedərkən yıxılması olmuşdu. O, qəzadan sonra Malayziyada əsas və Barselonada sprint, əsas yarışları qazansa da, titul üçün bəs eləmədi.
Françesko Banyaya: “Malayziyada sprint yarışından sonra çempionluğu qazanmanın çətin olacağını anlamışdım. 29 xallıq fərqi qapatmaq çətin olacaqdı, amma əlimdən gələnin ən yaxşısını etməyə və qalan yarışları qazanmağa çalışdım. Maksimum bunu edə bilərdim. Lakin Xorxe əla iş gördü. Dah stabil idi. Deyəsəm 17 ya da 18 dəfə ikinci oldu. Bu inanılmaz şeydir və bizim bir az bəxtimiz gətirmədi.
Keçən il topladığım xalı keçsəm də, çox səhv etdim. Belə formada çempionluq qazanmaq çox çətindir.
Səhvlərə gəldikdə Mizanodakı məncə, ən pislərdən biri idi, çünki yarışı rahatlıqla üçüncü yerdə bitirə bilərdim. Amma Malayziyadakı səhvi qəbul etmək çətindir, çünki səhv iş görmürdüm. Döngəyə daha yavaş girdim. Bəlkə də qəzanın səbəbi o idi.
Yenə də ümumi götürsək, yaxşı iş gördük. Qələbə cəhətdən mövsümə dominantlıq etdik, amma bəs eləmədi. Gələn il bu mövsümdən dərs çıxarmalıyam”.
Şərh əlavə et