Kanalın iddiasına görə, Stefano Domenikalinin bu ayrılığı başqa bir təyinatla bağlıdır – guya Liberty Media-nın Moto GP ilə bağlı layihəsinə rəhbərlik edəcək. Amma dünən bu dedi-qodunu yayımlayan bir çox KİV üzr istəməli və bu məlumatın həqiqətə uyğun olmadığını etiraf etməli olub.
Nüfuzlu britaniyalı jurnalist Kris Medland bir çoxları kimi bu “xəbəri” tirajlamayıb, əvəzində öz əlaqələri vasitəsilə hər şeyi iki dəfə yoxlayıb və sonda bunları yazıb: “Bu həftə sonu Stefano Domenilalinin Formula 1-dən ayrılaraq MotoGP-nin icraçı direktoru vəzifəsinə keçəcəyi ilə bağlı xəbərlər yayıldı. Məni əmin etdilər ki, belə deyil və Formula 1 üzrə yüksək vəzifəli mənbə bunu cəfəngiyyat adlandırıb”.
Ehtimal etmək lazımdır ki, bu məqamda Domenikalinin vəzifəsindən getməsi mövzusu ən azı yaxın dövr üçün qapalı sayıla bilər.
Şərh əlavə et