Xəbəri Kokpitdə Oxuyun!

X.Martin: Eneanı anlayıram

Pramac komandasının sürücüsü Xorxe Martin sprint yarışında Enea Bastyanininin etdiyi hücumdan danışıb.

Kokpit.az xatırladır ki, Barselonada sprint yarışının son dövrəsində Enea Bastyanini rəqibi Xorxe Martini keçərək, ikinci yerə yüksəlib. Bu həmlə hesabına Françesko Banyaya lider Martinlə fərqi daha iki xal azaldıb. Barselonadakı əsas yarışdan əvvəl Banyaya ispan sürücüdən 19 xal geridə qalır.

Lakin çempionluq uğrunda mübarizə aparan Martin rəqibi Bastyanininin bu həmləsini normal qarşılayıb: “Ötmə gözlənilməz oldu. Motosikletin səsini çox uzaqdan eşitdim və buna görə də “lənət olsun” dedim. Düşündüm ki, qəza edə bilərik. Buna görə də sürətlənmək üçün xarici trayektoriyaya keçdim. Amma əla iş gördü.

O da Markla üçüncü yer uğrunda mübarizə aparır. Buna görə də onu anlayıram.

Sprint yarışı gərgin keçdi. Çox yaxşı başlamışdım. İlk döngədə pozitiv hücum etdim, amma sonra Enea məni qabaqladı. Ondan sonra işlər qarışdı. Daha sonra bir-birimizlə mübarizə aparanda vaxt itirdik və Pekkoya çatmaq şansını itirdim”.

Rauf Hacıyev

Şərh əlavə et