Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Çjounu transfer edir?

Bəzi iddialara görə ilin sonunda Sauber-dən ayrılacaq Quanyu Çjounu Ferrari komandası ehtiyat pilot kimi transfer etmək istəyir.

Ferrari gələcək planlarında gənc istedadlara daha çox şans verməyi hədəfləyir.

Corriere Della Sera nəşrinin məlumatına görə, Sauber-dən ayrılan Çjou Quanyu 2025-ci il mövsümündə Ferrari-nin ehtiyat sürücüsü kimi komandaya qoşula bilər. Bu gedişlə gənc çinli sürücü Maranello komandasının uzunmüddətli strategiyasında mühüm rol oynayacaq.

Ferrari-nin digər planı Abu Dabi QP-nin ilk sərbəst yürüşlərində Karlos Saynsın yerinə Artur Leklerkin trasa çıxmasıdır.

Ferrari-nin simulyator sürücüsü Artur bu mövsüm simulyatorda  və təkər testlərində fəal rol oynayıb. O, dözümlülük yarışında Hypercar seriyasında iştirak edərək bacarıqlarını sübut edib. Artur Əbu-Dabidə trasa çıxsa, o və böyük qardaşı Şarl Lekler eyni həftəsonu Ferrari üçün yarışan ilk qardaşlar kimi tarix yaza bilərlər.  Çjou Quanyu isə Sauber-dən ayrıldıqdan sonra Ferrari-nin ehtiyat sürücüsü kimi karyerasında yeni səhifə açmağa hazırlaşır.

Bu addımlarla Ferrari həm trasda, həm də inkişaf proseslərində gənc sürücüləri aktiv şəkildə qiymətləndirməyi hədəfləyir. Bu strategiya hesabına İtaliya komandası gələcək üçün güclü şərait yaratmaq istəyir.

Rauf Hacıyev

Şərh əlavə et