Kokpit.az xatırladır ki, italyan sürücü dünən Barselonada sprint yarışını qazanıb və əsas yarışdan əvvəl Xorxe Martinlə fərqi 19 xala endirib. Bugünkü əsas yarışda Martin finişə ilk doqquzluqda çatsa, karyerasının ilk çempionluğunu bayram edəcək.
Françesko Banyaya: “2022-ci il mövsümünü çox yaxşı xatırlayıram və Xorxenin bir az təzyiq altında olduğunu düşünürəm. Bütün həftəsonu ərzində çox gərgin olduğunu gördüm və bu da normal haldır.
Məncə, yarışanda vəziyyətə yaxşı nəzarət edir. Sprint yarışında əla işlədi. İkinci yerə yüksəldi və yekunda podiumda idi. Buna görə də çətin olacağını düşünmürəm.
Bazar günü də sprintdə olduğu kimi risk almadan sürəcək. Şansı çoxdur, çünki doqquzunculuq belə ona bəs edəcək. Yəni ki, çox rahatdır. Bu hal mənim 2022-ci ildəki vəziyyətimi xatırladır”.
Şərh əlavə et