Kokpit.az xatırladır ki, ispaniyalı sürücü vətənində keçən sprimt yarışında güclü start alıb və 6-cı yerdən 4-cü yerə yüksəlib.
Ancaq üçüncü döngənin dar hissəsinə girərkən Akosta arxasındakı Mark Markesə təmas edib və onun motosikletinin ön qrenajı qırılıb. Buna görə də gənc sürücü mübarizəni dayandırmalı olub. Mark Markes isə finişə üçüncü yerdə çatıb.
Pedro Akosta: “Öndə idim və Mark mənə çırpılana qədər heç kimi görmədim. Trasın sağında – daxili trayektoriyada idim. Elə davrandı ki, elə bil orada heç kim yoxdur. Bunun onun səhvi olub-olmadığını deyə bilmərəm, amma belə şey etməyə ehtiyac yox idi.
Əgər faha sürətli idisə, əlbəttə, məni keçə bilərdi. Amma trayektoriyanı bağlayanda mənə çırpıldı. Doğrudan da çox əsəbiyəm. MotoGP-də bir qrenajın belə qopduğunu uzun müddət idi görmürdüm”.
Mark Markes isə qəzada günahının olduğunu qəbul edib: “Belə hallarda həmişə dürüst davranmışam. Bu bir yarış qəzası idi, amma bu insidentin qarşısını ala bilərdim. Akosta məni görmədi. Bir nöqtədə yan-yana gəldik və məni görmədi. Cümə günü sərbəst yürüşlərdə Avqusto Fernandes ilə yaşadığının eynisi oldu”.
Şərh əlavə et