Kokpit.az bildirir ki, Raul Fernandes bu sessiyada sürətli dövrə vuran ilk sürücü olub. Daha sonra Maverik Vinyales onu qabaqlayıb. Pedro Akosta isə üçüncü yerə yerləşib. Birinci cəhdlərdən sonra Xorxe Martin 8-ci, Françesko Banyaya 14-cü olub. Sessiyanın bitməsinə 16 dəqiqə qalmış Banyaya 8-ci olub. Martin isə 9-cu yerə geriləyib. Vinyales isə zirvədəki yerini qoruyub.
Sürücülər təkər dəyişdirmək üçün pitə gedib. Sessiyanın bitməsinə 8 dəqiqə qalmış demək olar ki, bütün sürücülər trasa çıxıblar. Ancaq bu anda təkərləri sınayıblar və bu müddət ərzində nəticələr yaxşılaşmayıb.
Martin 10-cü döngədə cek Cek Milleri keçmək istəyərkən təhlükə ilə üzləşib, amma yıxılmadan yoluna davam edib. 20-ci yerdəki Mark Markes isə yeddinci yerə yüksəlib. Sessiyanın sonuna qədər Maverik Vinyales liderliyini qoruyub. Franko Morbidelli və Aleks Markes üçlüyü tamamlayan sürücülər olublar.
Çempionluğun əsas namizədləri Françesko Banyaya 11-ci, Xorxe Martin isə 12-ci yerləri tutublar.
Şərh əlavə et