Xəbəri Kokpitdə Oxuyun!

Mövsümün son poulunu Banyaya qazanıb

MotoGP üzrə Barselona Qran Prisinin sıralanma turunda Françesko Banyaya poul qazanıb. 

Kokpit.az bildirir ki, Barselonada sıralanma turu günəşli hava şəraitində başlayıb. S

Sıralanma turunun birinci sessiyasında ən sürətli dövrəni atan sürücü 1.39.145 zaman nəticəsi ilə Franko Morbidelli olub. Onu 0.259 saniyə fərqlı Fabio Kuartararo izləyib. Beləliklə bu iki sürücü ikinci sessiyaya qalıblar.

15 dəqiqəlik ikinci sessiya başladıqdan qısa müddət sonra ikinci və üçüncü sektorda sarı bayraqlar çıxıb. Aleks Markes qəza edərək mübarizəni vaxtından əvvəl dayandırıb.

İlk cəhdlərdən sonra Françesko Banyaya 1.38.641 zaman nəticəsi ilə liderliyi alıb. Sessiyanın geri qalanında Banyayanın bu nəticəsini keçə bilən olmayıb və italyan sürücü mövsümün son yarışı olan Barselonaya pouldan başlayacaq. Aleş Esparqaro ikinci, Mark Markes üçüncü yeri tutub. Çempionatın lideri Xorxe Martin isə yarışa dördüncü yerdən start verəcək.

Rauf Hacıyev

Şərh əlavə et