2025-ci ildə Liberty Media MotoGP-nin əsas səhmlərini 2025-ci ildə Dorna-dan alıacaq və bununla da idman yeni dövrə qədəm qoyacaq. Lakin bu MotoGP-də dəyişən yeganə şey olmayacaq. Çempionat gələn il fərqli brend kimliyinə keçəcək. Bu dəyişikliyin mərkəzində bazar günü axşam Barselonada təqdim olunacaq yeni loqo var.
Təqdimatda “Taxt Oyunları” (Game of Thrones) serialındakı “Khaleesi” obrazı ilə məşhurlaşan Emiliya Klark iştirak edəcək.
Pentagram agentliyi tərəfindən hazırlanmış loqo çempionat tərəfindən onlayn olaraq da nümayiş etdiriləcək.
1949-cu ildə çempionat başlayandan bəri seriyanın loqosu cəmi iki dəfə dəyişdirilib. Ancaq son dəyişiklik yalnız orijinal dizayna bir yeniləmə idi.
2001-ci ilə qədər loqo Beynəlxalq Motosiklet Federasiyasının (FIM) abbreviaturasına əsaslanırdı. Lakin 2002-ci ildə hazırkı MotoGP adının təqdim edilməsi ilə loqo tamamilə yenilənmiş və bu yeni dizaynın əsas elementi damalı bayraq olmuşdu.
Bu dizayn 2007-ci ildən əvvəl yenidən formalaşdırılmış və o vaxtdan bəri eyni qalmışdı.
Lakin bu dəfə dəyişikliklər təkcə loqo ilə məhdudlaşmayacaq. Dəyişikliklər həmçinin Liberty Media-ya məxsus Formula 1-də istifadə olunan üsluba bənzər standart tipoqrafiyanı da əhatə edəcək.
Şərh əlavə et