Xəbəri Kokpitdə Oxuyun!

S.Peres ən zərərli sürücüdür

2024-cü il mövsümündə arxada qalan 21 yarışdan sonra Formula 1 sürücüıəri arasında komandasına ən çox ziyan verən sürücü Serxio Peres olub. 

Kokpit.az bildirir ki, Serxio Peres etdiyi qəzalarla komandası Red Bull-u 4.86 milyon dollar ziyana salıb. Zərərin böyük hissəsini Monako Qran Prisindəki qəza tutur. 

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, bu xərclər büdcə limitinə görə komandanı çətin vəziyyətdə qoyub.

Williams komandasının sürücüsü Aleks Elbon isə 4.66 milyon dollarlıq zərərlə ikinci yerdədir. Üçüncü yerdə Mercedes komandasında Corc Rassell var. Britaniyalı sürücü 3.2 milyon dollarlıq zərərlə üçlüyü bağlayır.

Alpine komandasının sürücüsü Pyer Qasli isə bu mövsüm heç bir zərər verməyən yeganə pilotdur.

 

Sürücü Komanda Zərər
Sergio Perez Red Bull 4.8 milyon dollar
Alex Albon Williams 4.6 milyon dollar
George Russell Mercedes 3.2 milyon dollar
Logan Sargeant Williams 3 milyon dollar
Carlos Sainz Ferrari 2.8 milyon dollar
Yuki Tsunoda RB 2.1 milyon dollar
Fernando Alonso Aston Martin 1.9 milyon dollar
Lance Stroll Aston Martin 1.8 milyon dollar
Franco Colapinto Williams 1.7 milyon dollar
Kevin Magnussen Haas 1.4. milyon dollar
Zhou Guanyu Sauber 1.4 milyon dollar
Daniel Ricciardo RB 1.2 milyon dollar
Charles Leclerc Ferrari 1.2 milyon dollar
Esteban Ocon Alpine 1 milyon dollar
Max Verstappen Red Bull 910 min dollar
Oscar Piastri McLaren 575 min dollar
Nico Hulkenberg Haas 475 min dollar
Lando Norris McLaren 422 min dollar
Lewis Hamilton Mercedes 320 min dollar
Valtteri Bottas Sauber 125 min dollar
Liam Lawson RB 125 min dollar
Pierre Gasly Alpine 0

Rauf Hacıyev

Şərh əlavə et