Xəbəri Kokpitdə Oxuyun!

Michelin-in vaxtı az olub

MotoGP-nin təkər istehsalçısı Michelin bildirib ki, mövsümün son yarışı Barselona üçün təkər istehsal etməyə az vaxtları olub.

MotoGP iki həftə əvvəl Valensiyada baş vermiş sel fəlakətindən sonra mövsüm finalını Barselonada keçirmək qərarına gəlib.
2024-cü il mövsümünün final yarışının yerinin dəyişdirilməsi bütün iştirakçı tərəflər üçün bir sıra çətinliklər yaradıb.

Bundan təsirlənən şirkətlərdən biri də təkər təminatçısı Michelin idi və bazar günü qərar verildikdən sonra marka mövsümün son yarışı üçün xüsusi komponentlər istehsal etməyə başlayıb.

Hava proqnozları göstərir ki, həm şənbə, həm də bazar günü maksimal temperatur 16 dərəcə olacaq.  Təbii ki, yağış zamanı bu rəqəmin daha da azalması mümkündür.

Michelin şirkətinin yarış şöbəsinin direktoru Pyero Taramasso bu barədə belə danışıb: “İşə başlamaq üçün çox məhdud zamanımız var idi. Avropada bir yarışa təkər istehsal etmək üçün yeddi günə ehtiyacımız olduğunu demişdik. Sepang yarışından sonra şənbə günü Fransada istehsala başladıq. Təkərlər üçüncü gün Montmeloya çatdılar”

Rauf Hacıyev

Şərh əlavə et