Kokpit.az xatırladır ki, Karlos Sayns Ferrari ilə son yarışını Əbu Dabi Qran Prisində keçirəcək.
Mövsümün son yarışıdan sonra ispaniyalı sürücü Williams ilə Pirelli-nin mövsümsonu testlərinə qatılacaq və yeni komandası ilə macəraya erkən addım atacaq.
Ferrari-nin icazəsi ilə baş tutacaq bu testin hesabına Saynsın yeni komandasına asanlıqla uyğunlaşmasına şərait yaradılacaq.
Digər tərəfdən testin qaydalarına əsasən, hər komandanın bir bolidini davamlı yarışan və ya yeni transfer edilən pilot sürməlidir.
Williams hələ Sains ilə yanaşı testdə istifadə edəcəyi digər sürücünü açıqlamasa da, bu test 30 yaşlı pilotun Williams FW46 ilə trasda ilk çıxışı olacaq.
Şərh əlavə et