Xəbəri Kokpitdə Oxuyun!

Barselonada Nakaqami hamını təəccübləndirib

MotoGP üzrə 2024-cü ilin son mərhələsi olan Barselona Qran Prisinin birinci sərbəst yürüşlərində Takaaki Nakaqami ən sürətli sürücü olub. 

Kokpit.az bildirir ki, 14 dərəcə hava temperaturunda keçirilən birinci sessiyada Takaaki Nakaqami Soft ön və Medium Arxa təkərlərlə ən sürətli olub və ən yaxın izləyicisi Pedro Akostaya 0.4 saniyə fərq atıb. 

Sessiyanın əvvəlində Tech3 komandasının sürücüləri Pedro Akosta və Avqusto Fernandes beşinci döngənin çıxışında toqquşublar və buna görə sessiya qırmızı bayraqlarla dayandırılıb. Xoşbəxtlikdən hər iki sürücü də qəzada yaralanmayıblar.

Çempionatın son yarışına Xorxe Martin ən yaxın izləyicisi Françesko Banyayadan 24 xal öndə başlayır və sabah sprint yarışında qalib gəlsə və ya rəqibindən iki xal çox toplasa, çempionluğunu elan edəcək. İspaniyalı sürücü eyni zamanda MotoGP tarixində peyk komandası ilə çempionluq qazanan ilk pilot olacaq və tarixə düşəcək.

Xorxe Martin öz vətənindəki həftəsonuna yaxşı başlayıb və birinci sərbəst yürüşlərdə beşinci yeri tutub. Françesko Banyaya isə sessiyanın əvvəlində ötmə edərkən yıxılıb və qısamüddətli şok yaşayıb. İtalyan sürücü sessiyanı yeddinci yerdə bağlayıb.

Rauf Hacıyev

Şərh əlavə et