Xəbəri Kokpitdə Oxuyun!

FİA sürücülərin soyudulmasına icazə verib

Formula 1 Komissiyası 2025-ci il mövsümündə çox isti hava şəraitində sürücülərin soyutma sistemi istifadə etməsinə icazə verib. 

Kokpit.az xatırladır ki, 2023-cü ilin Qətər Qran Prisində sürücülər isti havadan pis təsirlənmişdilər. Buna görə də iyul ayında sürücülərin isti havalarda soyudulması və havalandırılması üçün yeni bir araşdırılma başladılmışdı. 

Birinci təklif bolidlərə bəsitləşdirilmiş kondisioner sistemi qoymaq idi. Amma qəti texniki detallar ortaya çıxmasa da, kondisionerə ehtiyac duymadan və bəsitləşdirilmiş sistemdən istifadəyə qərar verilib. Sistem çox isti havada FİA tərəfindən icbari formada istifadəyə veriləcək. O həftəsonları bolidlərin minimum ağırlıqları bu sistemə uyğun olaraq yüksəldiləcək.

Rauf Hacıyev

Şərh əlavə et