Xəbəri Kokpitdə Oxuyun!

Den Fellovsu Kovell işdən çıxarıb

Britaniya mətbuatının veridyi xəbərə görə Den Fellovsu Aston Martin-in yeni rəhbəri Əndi Kovell işdən çıxarıb.

Aston Martin çərşənbə axşamı verdiyi açıqlamada texniki direktor Den Fellovsun işdən çıxarıldığını açıqlamışdı.

Fellovs Britaniya brendinin bir hissəsi olmağa davam edəcək, lakin onun F1 komandasında böyük rolu olacağı gözlənilmir. Britaniyalı mütəxəssisi kimin əvəz edəcəyi bildirilməyib, lakin BBC-nin məlumatına görə Bob Bell mart ayına qədər bu vəzifəni icra edəcək.

Xəbərdə Fellovsla ayrılma qərarının yeni İdarə Heyətinin Rəhbəri Əndi Kovell tərəfindən verildiyi bildirilib. Mercedes-in F1 mühərrik proqramının keçmiş rəhbəri Kovell oktyabr ayında Aston Martin-də işə başlayıb və ilk addımlarını artıq atır.

2025-ci ilin mart ayında Ədrian Nyui təxminən 30 milyon funt sterlinq maaşla komandaya qoşulacaq. Enriko Kardilenin nə vaxt komandaya qoşulacağı hələlik məlum deyil.

Komanda daimi texniki direktor təyin etməyi düşünsə də, bunu Nyui və Kardilenin keçidindən sonra edəcək.

Rauf Hacıyev

Şərh əlavə et