Xəbəri Kokpitdə Oxuyun!

Nils Vittix istefa verməyibmiş

Britaniya mətbuatının xəbərinə görə Formula 1-in yarış direktoru Nils Vittix deyilənlərin əksinə öz xoşu ilə vəzifədən getməyib. 

Kokpit.az xatırladır ki, dünən FİA açıqlama vermişdi ki, Nils Vittix növbəti fürsətləri dəyərləndirmək üçün Formula 1-in yarış direktoru vəzifəsindən istefa edib. Bir neçə saatdan sonra isə üzə çıxıb ki, almaniyalı mütəxəssis vəzifəsindən azad edilib. 

Nils Vittix Motorsport-Magazin nəşrinə qısaca deyib ki, o istefa verməyib. Qəzetin xəbərinə görə Nils FİA-nın qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb və bu xəbəri rəsmi açıqlamadan əvvəl öyrənib.

Qeyd edək ki, Nils Vittix 2021-ci ilin Əbu Dabi yarışından sonra Maykl Masini Formula 1-in Yarış Direktoru vəzifəsində əvəz etmişdi. İndi almaniyalının əvəzinə tamzamanla olaraq kimin gələcəyi bilinmir.

Rauf Hacıyev

Şərh əlavə et