Kokpit.az bildirir ki, almaniyalı mütəxəssis yeni fürsətlər üçün vəzifəsindən gedib.
Beynəlxalq Avtomobil Federasiyası (FİA) bu barədə belə açıqlama verib: “FİA bildirir ki, Nils Vittix yeni fürsətlərin dalınca getmək üçün Formula 1 Yarış Direktorluğu vəzifəsindən ayrılır. Nils yarış direktoru kimi üzərinə götürdüyü çoxlu məsulliyəti peşəkarlıqla yerinə yetirib. Ona bu işlərinə görə təşəkkür edirik və gələcək üçün uğurlar arzulayırıq”.
Son iki ildə Formula 2 və Formula 3-də yarış direktoru kimi işləmiş portuqaliyalı Rui Markes Las Veqas Qran Prisindən etibarən Nils Vittixi əvəz edəcək.
Şərh əlavə et