Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Fellovs Aston Martin-dən ayrılır

Den Fellovs Aston Martin komandasındakı texniki direktorluq vəzifəsindən istefa verib.

Kokpit.az bildirir ki, britaniyalı mütəxəssis bu ay ərzində vəzifəsindən gedəcək. O, Aston Martin komandasında qalmağa davam edəcək, amma texniki direktorluq vəzifəsi başqa adama veriləcək. 

Qeyd edək ki, Aston Martin komandası sentyabr ayında həm Enriko Kardile ilə, həm də Ədrian Nyui ilə anlaşmışdı. Buan görə də bu həmlə gözlənilən idi.

 

Aston Martin Group-un İdarə Heyətinin Rəhbəri Əndi Kovell: “Son iki ildə Aston Martin komandasına verdiyi faydaya görə Denə təşəkkür etmək istəyirəm. Den keçən il səkkiz podium qazanan AMR23-ün düzəldilməsindən liderlik etmişdi”.

Den Fellovs: “Aston Martin komandasında keçirdiyim müddət ərzində texniki komandaya rəhbərlik etmək mənim üçün gözəl və xüsusi idi. Artıq bayrağı başqasına vermək vaxtı gəldi. Ayrılsam da, komandanın gələcəkdəki uğurlarını izləmək üçün səbirsizlənirəm. Əminəm ki, bu uğurlar tezliklə gələcək”.

Rauf Hacıyev

Şərh əlavə et