Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Alpine Mercedes motoru ilə yarışacaq

Alpine Formula 1 komandası 2026-cı il mövsümündən etibarən Mercedes-in güc qurğusu ilə mübarizə aparacaqlarını açıqlayıb. 

Kokpit.az xatırladır ki, Alpine-nin sahibi olan Renault keçdiyimiz aylarda bildirmişdi ki, motor layihələrini artıq dayandırırlar. O vaxtlar belə söz-söhbət var idi ki, komanda güc qurğusu üçün Mercedes ilə anlaşacaq. Bu söz-söhbətlər artıq rəsmiyyət qazanıb. 

Alpine komandası 2026-cı ildən etibarən Mercedes-in güc qurğusundan istifadə edəcək. Fransızlar bu barədə belə açıqlama veriblər: “Alpine ilə Mercedes -AMG High Performance Powertrains və Mercedes-Benz Grand Prix 2026-cı ildən başlayacaq güc qurğusu və ötürmələr qutusu müqaviləsi bağlayıblar.

Müqavilə çoxillikdir və Mercedes Benz şirkəti Alpine-i ən az 2030-cu ildə yeni reqlament gələnə qədər güc qurğuları ilə təmin edəcək. Güc qurğusundan başqa Mercedes Alpine-ə ötürməlrə qutusu da verəcək.

İndi isə biz 2025 və 2025-ci ildə güclü performans göstərmək üçün köklənəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et