Kokpit.az xatırladır ki, Audi çərşənbə günü Qanriel Bortoleto transferini açıqlamış və bu da Mik Şumaxer üçün pis xəbər olmuşdu. Əfsanəvi Mixael Şumaxerin oğlu Mik Audi-nin vakant yeri üçün namizədlərdən idi, amma Mattia Binotto onu istəməyib. Keçən il Formula 3-də çempion olmuş, bu il isə Formula 2-də liderlik edən Qabriel Bortoleto almanlar üçün daha cəzbedici namizəd kimi görünüb.
Bundan başqa Mik Şumaxer 2022-ci ildə Haas-dan ayrıldıqdan sonra Formula 1-də yarışmayıb. O, Mercedes komandasının test və ehtiyat sürücüsü olub.
Mattia Binotto: “Mik ilə bir neçə danışıq apardıq və qətiliklə deyə bilərəm ki, 2025-ci il üçün güclü namizədlərdən biri idi. Onu keçmişdən çox yaxşı tanıyıram və həm güclü, həm də zəif tərəflərini bilirəm.
Daha əvvəl də dediyim kimi bu yer üçün namizədlər çox idi və Mik qətiliklə çox yaxşı seçim ola bilərdi. Ancaq bəzən elə an gəlir ki, qərar verməli olursunuz. Yəni məni ya da kimsəni günahlandırmaq düzgün deyil. Biz Qabriel Bortoleto ilə müqavilə bağlamağa qərar verdik, vəssalam.
Məncə, bu barədə Toto Volffdan da soruşa bilərsiniz. Niyə Miki yox, Kimi Antonellini seçdi?
Bir nöqtədə qərar verməlisiniz və bunu edirsiniz. Qabriel ilə müqavilə bağladıq, çünki seçimimiz budur”.
Şərh əlavə et