Kokpit.az xatırladır ki, növbəti həftəsonu Françesko Banyaya ilə Xorxe Martin 2024-cü ilin Dünya Çempionunu təyin etmək üçün Barselonada trasa çıxacaqlar.
Son yarışdan əvvəl Xorxe Martin 24 xal fərqlə birinci yerdədir və çempiona olması üçün sadəcə 14 xala ehtiyacı var.
Fransçesko Banyaya: “Martin ilə yaxşı münasibətdə olmaq asandır, çünki mən trasda və ya tras kənarında qaba və aqressib olub, rəqibinə hörmət etməyən sürücülərdən deyiləm. Heç vaxt belə olmadım və olmayacağam da. Əgər Xorxe bunu etməyə başlasa, onda dəyişərəm, amma o da mənimlə demək olar ki, eyni fikirdədir.
Əlbəttə, hörmət ən önəmli şeydir və mənim fikrimcə həmişə elə olacaq. Buna görə də niyə trasdan kənarda bir-birimizə hörmətsizlik edək ya da qaba davranaq?”
Həm Martin, həm də Banyaya 2015-ci ildə Moto3-də çıxış edərkən Aspar Mahindra komandasının şərəfini qoruyublar və o zamandan etibarən paddokdadırlar. Belə olan halda onların münasibətlərinin də sağlam bünövrəsi olur.
Xorxe Martin: “Bir-birimizi 2015-ci ildən tanıyırıq. Keçmişdə doğrudan da yaxın dost idik. Artıq belə münasibətimiz olmasa da, yenə də bir-birimizə qarşı yaxşıyıq.
Onun da dediyi kimi düşmən olmağa ehtiyac yoxdur. Trasda mübarizə aparıb, bundan həzz alıb, daha sonra bu barədə danışa bilərik. Onunda dediyi kimi gələcəkdə belə olsa, mən də çox sevinərəm. Ümid edirəm ki, həmişə belə qalarıq”.
Qeyd edək ki, Xorxe Martin mövsümün sonunda Pramac komandasından ayrılacaq və Aprilia-ya keçəcək.
Şərh əlavə et