Xəbəri Kokpitdə Oxuyun!

R.Fersxor növbəti yarışlarda Hoqeri əvəz edəcək

Trident komandasının sürücüsü Rixard Fersxor mövsümün son iki yarışında MP Motorsport komandasında Dennis Hoqeri əvəz edəcək.

Kokpit.az bildirir ki, Rixard Fersxora İndyCar, Super Formula daxil olmaqla bir neçə yerdən təklif gəlsə də, o növbəti mövsümdə də MP Motorsport ilə Formula 2-də çıxış edəcək.

Niderlandlı sürücü Trident ilə şanssız mövsüm keçirib. Texniki cəhətdən qaydaların pozulmasına görə iki yarışdan diskvalifikasiya olunub və poul qazandığı Monakoda texniki problemlərə görə qələbəni əldən qaçırıb.

Rixard Fersxor: “MP Motorsport kartinqdə keçirdiyim illərdən sonra mənə ilk şansımı verdi. Ümumilikdə 6-7 il bu komanda üçün yarışmışam. Birlikdə keçirdiyimiz il Formula 2 mövsümümdə bir sponsorumuz çəkildi və mən də mövsümü tamamlaya bilmədim. Yekunda o Formula 2 mövsümü stressli idi və elə hiss edirəm ki, bizim işimiz yarımçıq qalıb. Bu peşəkar komanda ilə yenidən çempionluq uğrunda mübarizə aparmaq istəyirəm. Bəxtim gətirməsə də, builki performansım heç də pis deyildi.

MP üçün mövsümün son iki yarışında – Qətər və Əbu dabidə yarışacağam. Bu isə növbəti mövsümə hazırlıq üçün çox gözəl fürsətdir”.

Rixard Fersxor ümid edir ki, mövsümün son iki yarışında Mühındislər Kubokunda Prema-nı MPMotorsport-un arxasında saxlaya biləcəklər.

Niderlandlı sürücü sonda gələcək planlarından da danışıb: “2025-ci il üçün bəzi komandalarla danışıqıar apardım və İndyCar-da test etməyi düşündüm, amma sonrada bu fürsət ortaya çıxdı. Uzun vədədə İndyCar qətiliklə istədiyim şeydir, ancaq bəlkə bu il bir az tez olardı. Formula 2 sponsorlarım üçün də cəzbedicidir, çünki onlar da yarışlara gəlib, Formula 1 həftəsonuna qatıla bilirlər. Həm də daha bir mövsüm çempionluq uğrunda mübarizə aparmaq istəyirəm”.

Qeyd edək ki, Fersxordan əvvəl MP-də yarışmış Denis Hoqer isə növbəti mövsümdən etibarən İndy NXT-də mübarizə aparacaq.

Rauf Hacıyev

Şərh əlavə et