Xəbəri Kokpitdə Oxuyun!

Avropa yarışları növbəli olacaq?

Formula 1-in rəhbəri Stefano Domenikali bildirib ki, Avropa trasları tezliklə növbəli şəkildə Formula 1 yarışlarını qəbul edə bilərlər.

Kokpit.az xatırladır ki, Formula 1 təqvimində bu il 24 yarış var. Buna görə də təqvimə yeni yarışlar əlavə olunsa, təqvimdə yarışların məsafəsi daha da yaxınlaşacaq. 

Formula 1-in rəhbəri Stefano Domenikali daha əvvəl demişdi ki, Avropa traslarındakı yarışları növbəli edə bilərlər, amma indi bu mövzu gündəmdədir.

Stefano Domenikali: “Hazırda növbəli Avropa yarışları barədə düşünürük. Daha sonra bəzi alternativlərlər bağlı bəzi xəbərlər paylaşacağıq. Əlbəttə, vaxtı gələndə buna açıqılıq gətirəcəyik. Yeni traslar üçün böyük tələb var. Gəliri olan iqtisadi şərait ilə işimizi daha da bpyütmək mövzusunda balans yaratmaq istəyirik”.

Stefano Domenikali əlavə edib ki, Argentina Qran Prisinin Formula 1-ə qayıtmasını istəyir.

Hazırda təqvimdə Azərbaycan Qran Prisi daxil olmaqla Avropa 10 yarış keçirilir. İtaliyada iki yarış (İmola və Montsa) keçirilir. Madrid 2026-cı ildə Formula 1 təqviminə daxil olacaq. Barselonanın müqaviləsi isə 2026-cı ilin sonunda başa çatacaq.

Domenikalinin planında bəzi problemlər var, çünki Avropadakı əksər trasların hazır müqavilələri var və bu traslardan bəzilərinin maliyyə vəziyyəti hər il Formula 1-də bir yarışı qəbul etməkdən asılıdır. Məsələn, Silverstoun, Hunqarorinq və Red Bull Rinqin 2030-cu illərə qədər müqavilələri var. Amma Spa-Frankorşamps, Montsa, Zandfort, İmola kimi trasların müqavilələri gələn ilin sonunda başa çatırlar. Monakonun müqaviləsi də 2025-ci ilin sonunda başa çatır, ancaq Formula 1-in əfsanəvi yarışlarından birinin növbəli keçirilməsi ehtimalı çox aşağıdır.

Hazırda Səudiyyə Ərəbistanında tikilən Qiddiya trasında ikinci yarış, Afrikada Ruandanın potensial Qran Pri keçirməsi və yuxarıda qeyd etdiyimiz kimi Argentinanın Formula 1-ə potensial qayıdışı ola bilər.

2025-ci ilin sona qədər qüvvədə olan Formula 1 müqaviləsinə görə mövsümdə maksimum 25 yarış ola bilər, amma Stefano Domenikali hələlik 24 yarışdan razıdır: “Say cəhətdən sahib olduğumuz balansdan razıyıq. Buna görə də 24 yarış doğru saydır. Gələn bütün təkliflərin gələcəyimiz üçün daha yaxşı seçimlər təqdim edəcəyinə inanıram. Buna görə də həmişəki kimi balanslı olmalıyıq. Birbaşa işin maliyyə tərəfini düşünməməliyik. Gələcəyə bağlı strategiyanın daha güclü olması üçün yaxşı temp tutduğumuzu düşünürəm. Bu idman, sosial və iş perspektivində inkişafımıza kömək edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et