Xəbəri Kokpitdə Oxuyun!

Ferrari İBM ilə çoxillik müqavilə bağlayıb

Ferrari komandası texnologiya şirkəti İBM ilə çoxillik tərəfdaşlıq qurduğunu açıqlayıb. 

Kokpit.az bildirir ki, tərəfdaşlıq 1 yanvar 2025-ci ildən etibarən başlayacaq. Bu ortaqlıq hesabına azarkeşlər Formula 1 həyəcanına daha da yaxın olacaqlar. İBM ən yeni rəqəmsal üsullardan faydalanaraq, azarkeşlərin marağını və rəqəmsal əlçatanlğı artırmağı hədəfləyir. Amerikalı şirkət bunun üçün yüksək profilli bir interaktiv platforma təkmilləşdirməyə köklənəcək. 

Bu tərəfdaşlıq hesabına Ferrari və İBM azarkeşlərin Formula 1həyəcanını təcrübə etməsi üçün yeni yollar yaradacaq və xüsusi kontentlər ilə Ferrari-nin əməliyyat işlərinə virtual formada çatacaqlar. Hər iki tərəf də bunun üçün müxtəlif üsullar təqdim etməyə qərarlıdırlar.

Ferrari-nin Yarış Gəlirləri üzrə direktoru Lorenzo Corcetti yeni tərəfdaşlıq barədə bunları deyib: “Texnoloji və məsləhətçilik mütəxəssisi və dünyanın ən prestijli şirkətlərindən biri olan İBM ilə bu tərəfdaşlığı başlatdığımız üçün qürur duyuruq. İki şirkət mükəmməllik axtarışında və öz fəaliyyət sahələrində həmişə limitləri sonuna qədər yoxlayıblar. Bundan başqa hər iki şirkət yüksək keyfiyyəti və ən son texnologiyanı izləməkdə öz istedadlarını birləşdirirlər”.

Lorenzo Corcetti əlavə edib ki, bu tərəfdaşlıq hesabına dünyanın hər tərəfindəki Formula 1 azarkeşləri üçün rəqəmsal təcrübələr təqdim ediləcək: “İBM Ferrari kimi komandasını böyütmək üçün istedadlı adamlar axtarır. Buna görə də Formula 1-in gənclər arasında populyar olduğu bu dövrdə avtoidman həvəskarlarına və sadiq azarkeşlərimizə yeni bir ölçü qazandırmaq mükəmməl olacaq.

İBM ilə tərəfdaşlığımız hesabına Scuderia Ferrari GP komandasının qapıları azarkeşlərin üzünə açılacaq. Bunda başq aəksər sahələrdə tədbirlər edəcəyik. İki marka üçün də dəyər yaradacaq tədbirlər təşkil edəcəyik”.

Qeyd edək ki, Ferrari İBM ilə müqavilə bağlayaraq bu il ikinci texnologiya şirkəti ilə anlaşıb. “Qırmızılar” bu il Mayami Qran Prisindən əvvəl başqa texnologiya şirkəti olan HP ilə anlaşmışdı.

Rauf Hacıyev

Şərh əlavə et