Kokpit.az xatırladır ki, niderlandlı sürücü 17-ci yerdən başladığı Braziliya yarışını gözəl performans göstərərək qazanıb. O, yarış ərzində sakitliyini qoruyub və doğru həmlələrlə, möhtəşəm ötmələrlə yarışı qazanıb.
Helmut Marko: “Bütün komandanı təbrik edirəm. Xüsusən də Maksı. Onun podiuma çıxacağını demişdim. Onun bu performansı son zamanlarda baş verənlərə və bütün söz-söhbətlərə cavab oldu. İnanılmaz performans göstərdi və bolidi inanılmaz formada idarə edir. Yağışda instinkti çox güclüdür.
Bolidi rəqiblərinə nisbətən limitdə sürür. Buna oxşayan 2016-cı ilin Braziliya yarışında da 17-ci yerdən başlayıb, üçüncü yerə qədər yüksəlmişdi. İndi isə Dünya Çempiomu olduğu üçün birinci oldu”.
Şərh əlavə et