Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Bortoleto Sauber-də yarışacaq

Sauber komandası növbəti mövsüm üçün yarışacağı ikinci sürücünündə adını açıqlayıb. Hazırda Formula 2-də çempionatın lideri olan Qabriel Bortoleto növbəti mövsümdə Niko Hülkenberq ilə komanda yoldaşı olacaq. 

Kokpit.az bildirir ki, İsveçrə komandası uzun müddət idi ki, Bortoletonu  heyətinə qatmaq istəyirdi, amma braziliyalı sürücü McLaren Sürücü Akademiyasının yetirməsi olduğu üçün müqavilə bağlamaq çətinləşirdi. Lakin McLaren komandasının rəhbəri Andrea Setella bir müddtə əvəll açıqlama vermişdi ki, əgər yarışmaq fürsəti olsa, gənc sürücünün önünü açacaqlar. 

Bundan sonra Sauber komandası hazırkı sürücüləri Valtteri Bottas və Quanyu Çjou ilə yollarını ayıracaqlarını rəsmi formada mətbuata bildiriblər. Bir müddət sonra isə 20 yaşlı braziliyalı Qabrile ilə müqavilə bağladıqlarını açıqlayıblar.

Növbəti mövsüm Formula 1-də debüt etməyə hazırlaşan Qabriel Bortoleto bunları deyib: “Sauber və Audi-nin zəngin avtoidman keçmişini bir araya gətirən komanda ilə Formula 1-də debüt etmək böyük şərəfdir. Bu avtoidmanda və bütün idman dünyasında həyəcanverici layihələrdən biridir. Bu hirsli layihə ilə birlikdə böyümək və avtoidmanın zirvəsinə çatmaq istəyirəm. Mənə yarışmaq və Niko Hülkenberq kimi təcrübəli sürücü ilə komanda yoldaşı olmaq fürsətini verdikləri üçün Sauber-ə təşəkkür edirəm. Hər iki proqram gənc sürücüləri yetişdirməkdə həmişə güclü olub. Birlikdə uğur hekayəmizi yazacağımıza əminəm”.

Sauber komandasının texniki və əməliyyat direktoru Mattia Binotto isə bunları deyib: “Qabriel aşağı seriyalarda göstərdi ki, qalib gəlmək üçün hər şeyə sahibdir. Sauber və Audi-nin bir üzvü olacağı üçün çox sevincliyik. Qabriel ilə birlikdə uğura gedən yola çıxırıq və avtoidmanda Audi üçün yeni bir dövrü formalaşdıracağıq. Niko və Qabriel təcrübə və gəncliyin ideal sintezini təmsil edir. Gələcəyə güclü formada hazırlanırıq”.

Rauf Hacıyev

Şərh əlavə et