Kokpit.az xatırladır ki, britaniyalı sürücü İnterlaqosdakı yarışa 14-cü yerdən başlayıb və finişə 10-cu yerdə çatıb.
Lyuis Həmilton: “Bəli. Yarış bərbad idi, amma yenə də Sennanın maşınını sürmək günün ən gözəl anı idi. İnterlaqosda bu təcrübəni yaşadığım üçün çox xoşbəxt və minnətdaram. Azarkeşlərin inanılmaz marağı var idi.
Ancaq öz bolidimdən danışmaq istəmirəm, çünki doğrudan da bərbad idi. Şənbə günü də, yarış günü də çox pis idi.
Başqa şeyə köklənirəm. Çempionluq uğrunda mübarizə aparmıram. Çümpionatı harada bitirəcəyim artıq vacib deyil. Corcun önündə ya da arxasında bitirmək də, artıq vacib deyil. Tək istəyim bolidlə bariyerə çırpılmamaqdır və mümkün qədər komanda ilə xal qazanmaqdır.
Əgər növbəti yarışlarda mənə dalğalanmayan maşın versələr, bəlkə daha yaxşı nəticələr qazanarıq. Amma artıq yeni ili səbirsizliklə gözləyirəm”.
Şərh əlavə et