Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Mexaniklərə görə yarışdım

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, işçilərin əziyyətinə görə yarışı bitirib.

Kokpit.az xatırladır ki, Braziliyadakı həftəsonu ispaniyalı sürücü üçün çox çətin keçib. Əsas yarışda o, bel ağrısından şikayət edib.

Lakin Fernando Alonso ağrıya və əyləc problemlərinə baxmayaraq təslim olmayıb və radiodan bu sözləri deyib: “Yarışı mexaniklər üçün bitirəcəm, çünki bu gün çox yaxşı iş gördülər. Amma belim çox ağrıyır. Boliddəki dalğalanma heç normal deyil”.

Yarışdan sonra isə Fernando Alonso bunları deyib: “Yarışın ikinci yarısında bolid çox dalğalanırdı. Səbəbini bilmirəm, amma doğrudan da çox çətin yarış idi. Bəlkə də, başqa vəziyyətdə olsaydı, böyük ehtimalla yarışdan çəkilərdim. Amma yarışdan əvvəl mexaniklər bolidi hazırlamaq üçün start düzülüşündə inanılmaz iş gördülər. Onlar üçün yarışı bitirməli idim.

Deyəsən qızdırma dövrəsində Ləns Stroll da əyləc problemi yaşadı. Mən də restartlarda eyni problemi yaşadım. Elə bil ki, əl əyləci ilə işləyirdim. Yəni ki, əsl kabus yaşadım. Növbəti üç yarışda daha güclü olmalıyam”.

Rauf Hacıyev

Şərh əlavə et