Xəbəri Kokpitdə Oxuyun!

Bottas Sauber-dən ayrılır

Sauber komandası Qabriel Bortoletonu transfer etməyə qərar verəndən sonra Valtteri Bottasla yollarını ayıracaq. Finlandiyalı sürücünün Mercedes komandasına test pilot kimi getmə ehtimalı var. 

Kokpit.az xatırladır ki, finlandiyalı sürücü 2021-ci ilin sonunda Mercedes komandasından ayrılmış və Sauber komandasına keçmişdi. Lakin onun yeri Audi-nin Sauber komandasını alıb 2026-cı ildə Formula 1-ə gəlməsi ilə risk altına düşüb. 

Buna baxmayaraq, Valtteri Bottas keçən həftəlrədə demişdi ki, o, komandanın yeni texniki və əməliyyat direktoru Mattia Binotto ilə danışıqlar aparır və Sauber ilə yeni müqavilə bağlamağa çalışır. Ancaq Britaniya mətbuatı xəbər verib ki, Sauber komandası Braziliya yarışından sonra Formula 2 çempionatında hazırda lider olan Qabriel Bortoleto ilə müqavilə bağlayıb. Bu isə o deməkdir ki, Quanyu Çjoudan sonra Valtteri Bottasın da yolları İsveçrə komandası ilə ayrılacaq.

Özünə komanda tapa bilməyən Valtteri bottas isə böyük ehtimalla Formula 1 karyerasını 246 yarış və 10 qələbə ilə bitirəcək. Onun ən yaxşı seçimi Mercedes komandasına test pilotu kimi qayıtmaq olacaq. Lakin “gümüşü oxlar”ın bu transferi nə zaman açıqlayacağı hələ də bilinmir.

Rauf Hacıyev

Şərh əlavə et