Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Yarış əsl fəlakət idi

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Braziliya yarışı onun üçün əsl fəlakət olub. 

Kokpit.az xatırladır ki, meksikalı sürücü yarışa  komanda yoldaşı Maks Ferstappendən 5 pillə öndə – 12-ci yerdən başlayıb, amma ilk dövrələrdə yerində fırlanaraq, yerlər itirib. Sonradan yüksəlməyə çalışsa da, yekunda yarışı qalibi Maksdan 50 saniyə geri qalaraq, 11-ci yeri tutub. 

Serxio Peres: “Yarış əsl fəlakət idi. Son dəqiqəyə qədər təkərləri dəyişdirə biləcəyimizi bilmirdik və dəyişməyə vaxtımız da yox idi. Yarışa çox soyuq təkərlərlə başladıq.
Yavaş-yavaş üst pillələrə yüksəlirdik, amma heyif ki, qırmızı bayraqlar çıxdı. Restartda isə trası görmək mümkünsüz idi. Liam Lousonun arxasına qədər gəldiyimdə ilk döngədə təmas etdik. Sonra dördüncü döngədə səhv etdim və Lyuis Həmiltonun gerisinə düşdüm. Yarış əsl fəlakət idi. Heç nə işə yaramadı”.

Rauf Hacıyev

Şərh əlavə et