Kokpit.az xatırladır ki, britaniyalı sürücü İnterlaqosda Ayrton Sennanın 1990-cı ildə çempionluq qazandığı McLaren Mp4/5B ilə dövrələr vurub. Daha sonra Lyuis Həmilton V10 motorlu McLaren-i kənara çəkərək marşallardan birindən Braziliya bayrağı alıb və Ayrton Sennanın 1991-ci ildə İnterlaqosda qazanarkən etdiyi hərəkətləri təkrarlayıb.
Lyuis Həmilton: “Bu doğrudan da çox emosionaldır. Ayrton Sennanın yarışarkən izlədiyim uşaqlığıma geri döndüm. O səsi eşitmək, onu burada yarışarkən izləmək… Bunu etdiyimə inana bilmədim. Bu karyeram ərzində yaşadığım ən böyük qürur idi.
Bunu burada, Braziliyada bu gözəl azarkeşlərin qarşısında etmək inanılmazdır. Mənim üçün çox xüsusi bir gündür. Bunun reallaşmasında qatqısı olan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm”.
Şərh əlavə et