Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Pitə gəlmək istəmirdim

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, pitə girmək istəməsə də, komandasının israrı ilə pitə gəlib və buna görə yarışda qələbəni əldən verib. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa ikinci yerdən başlasa da, startda Lando Norrisi keçərək, lidelriyə yüksəlib. O, birinci pit-stopa qədər yarışı lider aparıb. Lakin pit-stopdan sonra ırmızı bayraqlar çıxıb və buna görə də 5-ci yerə geriləyib. 

Corc Rassell yekunda 4-cü yeri tutsa da, yarışdan sonra çox məyus olduğunu deyib: “Doğrudan da məyusedicidir. Deyiləcək sözüm yoxdur.

Sözün açığı mən pitə girmək istəmirdim. Bir müddət girməmək üçün dirəndim, amma komanda israr etdikdən sonra pitə gəlməli oldum. Bəzən intinktlərinizə güvənməlisiniz. Keçən dəfə intinktlərimə güvənəndə hər şey yaxşı olmuşdu.

Əgər pitə girməsəydik, restartda lider olardır və ilk 30 dövrədə tempə nəzarət edərdik. Məncə, ən pis ehtimalla ikinci olardıq”.

Corc Rassell bildirib ki, pitə girmə qərarında Mercedes-in komanda körpüsündən daha yaxşı görüş bucağına sahib olub: “Kokpitdən baxanda qırmızı bayraq ya da təhlükəsizlik maşını olacağı məlum idi, çünki o şəraitdi sürmək çətin idi. Yağış azalmırdı. Üzərimdəki qara buludu görə bilirdim. Amma sonra Şovlin dedi ki, pitə gəlməliyəm. Mən də komandanın sözünə baxmalı oldum. Pitə girməyənlər ilk 3 yeri qazandılar. Biz də pitə girən sürücülər arasında ən yaxşı yerə sahib idik. Buna görə də bundan bir az razıyam”.

Rauf Hacıyev

Şərh əlavə et