Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: SF-24 yağışı sevmədi

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Ferrari SF-24 yağışlı havanı sevməyib. 

Kokpit.az xatırladır ki, monakolu sürücü yağışlı Braziliya yarışında beşinci olub. 

Yarışdan sonra jurnalistlərə müsahibə verən Şarl Lekler SF-24-ün yağışlı havadakı pis performansından və komandanın strateji səhvlərinə görə problemli yarış keçirdiyindən danışıb: “Bolid gəm sıralanma, həm də yarışda yağış və keçid təkərlərini sevmədi. Buna görə bir az günahkaram, çünki biz komanda ilə birlikdə sazlanmaları müəyyən edirik. Yarışda bu sazlanmanı seçdik, amma bu qətiliklə səhv qərar idi.

Yarışda tempimiz heç yox idi. Problem sadəcə tempimizin olmaması deyil. Maşını sürmək də çox çətin idi. Səhv etmək çox asan idi. Bütün bunlara baxanda tək təsəllimiz yarışı iki McLaren-in önündə bitirməkdir. Çempionatda yalnz 4 xal itirdik. İndi isə mövsümün son 3 yarışı üçün hər şeyi bir araya gətirməliyik.

Pitə erkən girmək də səhv idi. Amma belə yarışda strategiya cəhətdən səhv etmək daha asandır, çünki bir neçə qərar almalısınız. Yarışda Oliver və Lyuis ilə trafikin ortasında qaldım. O andan etibarən çox şey itirdiyimizi anladım. Daha sonra təhlükəsizlik maşını çıxdı və burada 3-4 yer itirdik.

Keçən il Veqada çox güclü idik. Buna görə də ümid edirəm ki, bu il də güclü olarıq. Amma bu il təkər qorumaqda bir addım atmışıq. Bu da o deməkdir ki, soyuq hava şəraitində bəzi şeyləri geridə qoymuşuq.

LAs Veqasda soyuq hava şəraitində təkərləri qızdırmaqda çətinlik çəkə bilərik. Yenə də iki həftə ərzində düzgün hazırlaşaraq, yaxşı səviyyədə olmağa ümid edirik”.

Rauf Hacıyev

Şərh əlavə et