Kokpit.az xatırladır ki, Braziliya yarışı qarışıq formada başlayıb. Aston MArtin komandasının sürücüsü Ləns Stroll qızdırma dövrəsinin dördüncü döngəsində sürüşərək çınqıllığa düşüb və buna görə yarışda restart olub. Belə olan halda start proseduru da sıfırlanıb və komandalara bolidləri hazırlamaq üçün 10 dəqiqə vaxt verilib.
Sürücülər startın ləğv olunduğu xəbərini görəndə düzülüşdə qalmaları və tərpənməmələri gözlənilirdi, ancaq Pould aolan Lando Norris mesajı gördüyü anda yerindən tərpənib. Arxasındakı sürücülər də onu izləyiblər. İkinci yerdən başlayan Rassell, RB sürücüləri Yuki Tsunoda və Liam Louson da yerlərindən tərpəniblər.
Bəzi sürücüsülər isə bu proseduru düzgün tətbiq edərək, yerlərində qalıblar. Bu sürücülərdən biri isə Maks Ferstappen idi. Amma sonda bütün maşınlar qatara qoşulmaq üçün yerlərindən ayrılmalı olublar.
Yarışdan sonra bu insident araşdırılıb. Beləlik, stüardlar komandaları dinlədikdən sonra Lando Norris və Corc Rassellə proseduru düz tətbiq etmədikləri üçün xəbərdarlıq və 5 min avro pul cəzası verib. Bununla da Lando Norris və Corc Rassell yarışdakı yerlərini qoruyublar.
Tsunoda və Lousona heç bir cəza verilmədi, çünki önlərindəki Lando Norris və Corc Rassellə reaksiya verdilər. Buna görə də onlar bu işdə günahkar deyildilər”.
Şərh əlavə et