Xəbəri Kokpitdə Oxuyun!

FİA Mercedes-i cərimələyib

Mercedes komandası Formula 1-in təkər təzyiqi ilə bağlı qaydaları pozduğu üçün beş min avro pul cəzası alıb. 

Kokpit.az bildirir ki, Mercedes komandası təxirə salınan startdan sonra Lyuis Həmilton və Corc Rassellin maşınlarındakı təkərlərin təzyiqini azaldıb. Buna görə də yarışdan sonra stüardlar tərəfindən çağırılıblar. 

Komandalar təkər təzyiqini yalnız disklər təkərdən çıxarıldığında dəyişdirə bilərlər. Buna görə də Mercedes komandası qaydaları pozubdur. Normalda belə hallarda komanda yarışdan xaric olunur, amma FİA komandanın izahatını dinlədikdən sonra Mercedes-ə hər bir maın üçün beş min avro pul cəzası verib.

Mercedes-in belə etmə səbəəbi çətin hava şəraitində disklərin taxılamamışdan əvvəl təzyiqi dəyişmənin mümkünsüz olmasıdır.

FİA bu barədə belə açıqlama verib: “Yarışın startı ləğv edildikdən sonra yeni start üçün 10 dəqiqəlik vaxt verilmişdi. Trasın vəziyyəti və pit yolundan peletona olan məsafəni nəzərə alsaq, komandanın peletona çatma müddəti uzadıldı. FİA qəbul edir ki, bu qısa müddət ərzində texniki reqlamenti tətbiq etmək mümkünsüz olmada da, çox çətindir”.

Mercedes komandası təzyiqi icazə verilən formada dəyişib. Bu isə deməkdir ki, komanda haqsız üstünlük qazanmayıb: “Vaxtın az olması, ləğv olunan start, peletona çatma loqistikası və texniki nümayəndənin təkər təzyiqini doğru parametrlər daxilində olduğunu və qeyri-adi hava şəraiti nəzərə alınanda stüardlar komandaya pul cəzasının verilməsini daha uyğun görüb. Normal hallarda belə pozuntuya görə cəza olmalıdır. amma hazırda uyğun deyil. Amma gələcəkdə təkrar olunmamalıdır”.

Rauf Hacıyev

Şərh əlavə et