Kokpit.az xatırladır ki, Alpine komandasının sürücüləri pit-stopa getməyiblər və qırmızı bayraqda təkər dəyişdirərək, önə düşüblər. Restartda onlar bir və üçüncü yerdə olsalar da, Maks Ferstappen sonradan Esteban Okonu geridə qoyub və Alpine komandasının sürücüləri ikinci və üçüncü yeri tutaraq, ikili podium qazanıblar. Bu, eyni zamanda komandanın da əhvalına yüksək təsir edib.
Pyer Qasli: “Bu nəticə bütün komanda üçün inanılmaz bir uğurdur. Çox çətin bir mövsüm keçirdik və əksər hallarda xal almaqda belə çətinlik çəkdik. Bu hava şəraitində hər şey mümkün idi. Sonuna qədər inandıq.
İki maşının da podiumda olması… Məncə, mövsümün əvvəlində heç kim bunu proqnozlaşdıra bilməzdi. Doğrudan da əladır. Hazırda özümü inanılmaz hiss edirəm. Komandamla qürur duyuram. Belə çərin bir mövsümdə təslim olmaq çox asan olardı, amma biz təslim olmadıq və buradayıq. Komanda üçün çoxlu xallar qazandıq. Bu gün haçı özü ilə qürur duymalıdır”.
Şərh əlavə et