Kokpit.az xatırladır ki, niderlandlı sürücü 17-ci yerdən başladığı Braziliya yarışını gözəl performans göstərərək qazanıb. O, yarış ərzində sakitliyini qoruyub və doğru həmlələrlə, möhtəşəm ötmələrlə yarışı qazanıb.
Yarışdan sonra jurnalistlərə müsahibə verən Maks Ferstappen bunları deyib: “Bu gün hisslərim əsl rollerkoster kimidir. Sıralanma turunda qırmızı bayraqlara görə bəxtimiz gətirmədi. 17-ci yerdən başlamaq bizim üçün çox çətin olacaqdı.
Bundan başqa yeni asfalta görə burada ötmə etmək çətin idi. Həmlələrdə çox qərarlı olmalı idim. Ön təkərləri bloklamaq gözlənilən idi, amma əylənmə zamanı özümə güvənirdim. Birinci döngə həmişə ötmə üçün ən əlverişli yer olub.
Problemlərdən uzaq durduq. Doğru həmlələri etdik. Bütün bunlar bir araya gəldi. İnanılmazdır. Geridən gəlin yarış qazanmaq əladır”.
Şərh əlavə et