Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Poul surpriz oldu

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Braziliyada poul qazanmağı gözləmirmiş. 

Kokpit.az xatırladrı ki, britaniyalı sürücü xaotik keçən Braziliya Qran Prisinin sıralanma turunda poul qazanıb. O, ikinci sessiyaya son anda və güc bəla ilə çıxmışdı. Buna görə də poulun gözlənilməz olduğunu deyib. 

Lando Norris: “Bu gün çox şey yaşandı, amma doğrudan da çox sevincliyəm. Sıralanma turunun əvəvlində çox çətinlik çəkirdim. Görüləsi çox iş var idi. Özümü heç rahat hiss etmirdim. Buna görə də poul qazanmaq…

Sıralanma turu zamanı çox işlədim. Çox şeyi təkmilləşdirməli idim və tam olaraq bunu etdim. Poul qazanmaq surpriz olsa da, gözəl dövrələr vurdum. Sonda özümü yaxşı hiss edirəm. Bizim üçün yaxşı nəticədir.

Televizorda gördüyünüzdən daha çətin idi. həmişə kişik fərqləri tutmağa çalışırsınız. Neçə sürücünün trasdan çıxdığını, bariyerlərə çırpıldığını və bloklama yaşadığını gördünüz. Qəza etmək, divara çırpılmaq və ya yarışa çıxmamaq üçün səhv etmək çox asan idi. Buna görə də sevincliyəm. Sıralanma turunu tamamlamaq məni rahatlatdı.

İndi yarış barədə düşünürük. Arxada sürətli sürücülər var. Corc gözəl dövrə vurdu. Yuki də sessiya ərzində yağışda sürətli idi. Belə şəraitdə sürmək heç vaxt asan olmur. Yarışa yaxşı hazırlaşacağıq. Ümid edirəm ki, hər şey yaxşı olar. Görək nə edirik”.

Rauf Hacıyev

Şərh əlavə et