Kokpit.az xatırladır ki, fransalı sürücü dördüncü yerdən başladığı Braziliya yarışında risk alıb. O, hamı pitə girən zaman trasda qalmağı üstün tutub. Bir neçə dövrə sonra gələn qırmızı bayraqlar zamanı təkərlərini dəyişib və restartdan sonra isə yarışa liderlik edib. Lakin təhlükəsizlik maşını rejimindən sonra Maks Ferstappenin hücumlarına tab gətirə bilməyərək, ona keçilib və yarışın sonuna qədər ikinci yeri yerini qoruyub.
Esteban Okon: “Çətin keçən mövsümün sonra çox gözəl gün idi. Podiumda olmaq əla idi. Burada sürmək və yağışda performansı bir az olsa, balanslamaq doğrudan da çox gözəldir. Uzun müddət əvvəl bizim üçün çox vacib olan bir nəfər demişdi ki, yağışda bolidlərin gücü bərabərləşir. Bu doğrudan da belədir. Quru havada bolidi sürməkdə çətinlik çəkirdim. Yağış yağmaya başlayanda özümü rahat hiss etdim. Bu gün bizim üçün xüsusi bir yarış oldu”.
Şərh əlavə et