Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Kartinq günlərimi xatırladım

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Braziliyadakı sıralanma turunda kartinq günləri yadına düşüb. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü xaotik keçən Braziliya Qran Prisinin sıralanma turunda ikinci yeri tutub. 

Corc Rassell sıralanma turundan sonra jurnalistlərin suallarına cavab verib: “İkinci yeri tutduğum üçün doğrudan da sevincliyəm. Bu gündən çox xoşum gəldi. Mənə kartinqdə keçirdiyim günləri xatırlatdı. Elə bil yarış kombinezonları ilə yuxudan durub səhər yeməyi yedim və dərhal gedib maşına oturub sürdüm. Bəlkə gələcəkdə format barədə yenidən düşünülməlidir. Bəlkə belə olsa, daha yaxşı olar.

Sıralanma turu çox yaxşı keçsi, amma görək yarışda nələr edə biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et