Xəbəri Kokpitdə Oxuyun!

Ş,Lekler: Maksimum nəticə qazandıq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Braziliyadakı sprint sıralanma turunda McLaren-in tempinə çatmaqda çətinlik çəkiblər. 

Kokpit.az xatırladır ki, Şarl Lekler sprint sıralanma turunda McLaren komandasının sürücülərindən sonra üçüncü yeri tutub. 

Sessiyadan sonra jurnalistlərə müsahibə verən Şarl Lekler bildirib ki, McLaren-in tempi çox yüksək olub: “Bugünkü nəticədən razıyam, çünki maksimum performans aldıq. Daha yaxşısını etmək üçün əlimizdə heç bir şey yox idi. Bəli, McLaren çox sürətli idi. Bu həfftəsonu bir az geridəyik və buna görə də xallar qazanmaq çox vacib olacaq.

Həftəsonu yeni başlasa da, McLaren əlçatmaz görünür. Onlara meydan oxumaq üçün əlimizdən gələni edəcəyik. Ancaq bugünkü templərinə baxsaq, güclü olduqlarını düşünürəm”.

Rauf Hacıyev

Şərh əlavə et