Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Braziliyadakı sprint yarışına pouldan başlasa da, çempionluq yarışında olan komanda yoldaşı Lando Norrisi önə buraxıb və McLaren-in komanda əmri tətbiq etdiyi sprint yarışını ikinci yerdə bitirib.
Oskar Piastri: “Yarış bir az çətin idi. Tras çox çətin idi. Yarış trayektoriyası çox dar idi. Təkər genişliyi qədər trayektoriyadan kənara çıxsanız, çoxlu problemlərlə qarşılaşırsınız.
Komanda üçün əla gündür. Çox xal aldıq. Məncə, sabahkı yarış üçün çoxlu şey öyrəndik. Ferrari yarışın əvvəlində, Maks isə sonlarda sürətli idi. İnkişaf etdirməli olduğumuz çox şey var, amma yaxşı vəziyyətdəyik”.
Şərh əlavə et