Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Çox xoşbəxtəm

McLaren komandasının sürücüsü Oskar Piastri sprint yarışına pouldan başlayacağı üçün sevinclidir. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü son cəhdində komanda yoldaşı Lando Norrisi cuzi fərqlə qabaqlayaraq, sprint yarışına pouldan başlamaq şansı əldə edib. 

Sprint sıralanma turundan sonra jurnalistlərə müsahibə verən Oskar Piastri sevincini gizlətməyib: “Çətin sessiya idi. Əslində startdan sonra özümü çox rahat hiss etdim və sessiya ərzində asfaltla ilişmə çox artdı.

İlk dövrəm əla deyildi. Təkmilləşdirməli olduğum bir neçə şey olduğunu bilirdim. İkinci dövrəm çox yaxşı idi. Amma builki trasda sürətli dövrə atmaq bir tərəfə, hara getdiyinizi görmək belə çox çətindir. Buna baxmayraq sprint yarışına pouldan başlayacağım üçün çox xoşbəxtəm və həyəcanlıyam. Təbii ki, əsas hədəfim qalib gəlmək olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et