Kokpit.az bildirir ki, mövsümün sondan ikinci qran prisinin sıralanma turunda Françesko Banyaya və Xorxe Martin rəqiblərinə qarşı böyük üstünlük əldə ediblər. Banyaya poul qazanıb. Son iki yarış həftəsonun 17 xallıq üstünlüklə girən Xorxe Martin isə rəqibinə yaxın tempdə gedib və ikinci yeri tutub. Aleks Markes isə bu iki sürücüdən 0.7 saniyə geri qalaraq, üçüncü olub.
Trackhouse Aprilia komandasından zədələnmiş Migel oliveyranı əvəz edən Lorenso Savadori isə sıralanma turunda 22-ci yeri tutub. VR46 komandasında Fanio di Canantonionu əvəz edən Andrea İannone isə 17-ci yarışa 17-ci yerdən başlayacaq.
Şərh əlavə et