Kokpit.az xatırladır ki, britaniyalı sürücü Braziliyadakı sprint sıralanma turunda ikinci yeri tutub.
Lando Norris: “Səhərki vəziyyətimizə nisbətən inkişaf etmişik. Çox çətinlik çəkirdik. Bu qədər sürətli olmağımıza bir az təəccübləndim. Amma təbii ki, bu bizim üçün gözəl surpriz oldu.
Son dövrəmdə bir neçə səhv etdim. Pitə qayıtdım, amma komanda olaraq yaxşı iş gördük. Dediyim kimi gözləmirdim. buna görə də xoş surpriz oldu. Bu gün yaxşı addımlar atdıq, ancaq görək sprintdə nə baş verəcək”.
Lando Norrisin əsas rəqibi Maks Ferstappen sprint sıralanma turunda dördüncü olub. Britaniyalı pilot bildirib ki, Maksın neçənci olması ilə maraqlanmır: “Mənə maraqlı deyil. Bu sualı o qədər eşitmişəm ki, artıq nifrət edirəm. Onun neçənci yeri tutması mənim üçün vacib deyil. Mən sadəcə işimə köklənmişəm.
Həmişə eyni sual soruşulur. O, birinci də olsa, sonunci da olsa, mən əlimdən gələnin ən yaxşısını edəcəm”.
Şərh əlavə et