Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen cəzalandırılıb

Keçən həftəsonu Meksikada aldığı cəzalara görə qiymətli xallar itirən Maks bu halla San Pauluda da qarşılaşıb.

Xatırladaq ki, bugünkü yarışın sonlarındaNiko Hülkenberqin maşını tras kənarında saxlayaraq mübarizəni dayandırması əvvəlcə sarı bayraqlara, sonra isə Virtual Təhlükəsizlik Maşını rejiminə səbəb olmuşdu. Red Bull-un niderlandlı sürücüsü həmin an üçüncü yerdə olub, lakin önündəki Oskar Piastri ilə məsafəni icazə veriləndən daha çox azaldıb.

Bunun nəticəsində Ferstappenin zamanına 5 saniyə əlavə edilib və nəticədə o, Leklerin gerisinə düşərək dördüncü yerə yuvarlanıb. Ferstappenə eyni zamanda 2 cərimə balı da yazılıb.

Elçin Zodorov

Şərh əlavə et