Xatırladaq ki, bugünkü yarışın sonlarındaNiko Hülkenberqin maşını tras kənarında saxlayaraq mübarizəni dayandırması əvvəlcə sarı bayraqlara, sonra isə Virtual Təhlükəsizlik Maşını rejiminə səbəb olmuşdu. Red Bull-un niderlandlı sürücüsü həmin an üçüncü yerdə olub, lakin önündəki Oskar Piastri ilə məsafəni icazə veriləndən daha çox azaldıb.
Bunun nəticəsində Ferstappenin zamanına 5 saniyə əlavə edilib və nəticədə o, Leklerin gerisinə düşərək dördüncü yerə yuvarlanıb. Ferstappenə eyni zamanda 2 cərimə balı da yazılıb.
Şərh əlavə et