Kokpit.az bildirir ki, bu dəyişikliklərə görə Aston Martin komandasının sürücüləri Fernando Alonso və Ləns Stroll sprint yarışına pit yolundan başlayacaqlar.
Xatırladaq ki, Alonso və Stroll cümə günü sprint sıralanma turunda temp cəhətdən əziyyət çəkiblər. Buna görə də 16 və 19-cu yerləri tutublar. Bu nəticələrdən sonra həftəsonunu geri qalanı üçün bolidin sazlnamalarını yaxçıaşdırmaq üçün Aston Martin qapalı parkda hər iki boliddə də dəyişikliklər ediblər. Bu da o demədkir ki, Alonso və Stroll yarışa pit yolundan başlayacaqlar.
FİA-nın sənədlərində Alonso və Strollun maşınlarında gövdə və asılaqan sazlanmalarınının dəyişdirildiyi qeyd olunub.
Sprint sırlanma turunda sonuncu olan Sauber komandasının sürücüsü Quanyu Çjounun da asılqan sazlanmaları dəyişdirilib və o da yarışa pit yolundan başlayacaq.
Sprint Sıralanma turundan sonra jurnalistlərə müsahibə verən Fernando Alonso bildirmişdi ki, 24 dövrəlik sprint yarışı onlar üçün məşq sessiyası kimi olacaq və o, gerilərdən başlayacaqları sprint yarışını lazımsız olaraq qeyd etmişdi.
Fernando Alonso: “Bizim üçün sprint yarışı heç bir şey ifad emir, çünki xal alan 8 sürücü var. Səkkizinci ya da yeddinci olsanız belə ən yaxşı halda 1 ya da 2 xal qazanırsınız. Yeni format cümə gecəsi və şənbə günü sürətli olmağı qiymətləndirmir.
Biz daha çox bazar gününə fokuslanırıq. Buna görə də sprint həftəsonlarını belə dəyərləndiririk. Şənbə günü nahardan sonraya qədər olan vaxt faydasızdır. Bu hal yarışda da belədir”.
Fernando Alonso əlavə edib ki, cümə günü bir dəfə keçirilən sərbəst yürüşlərdən sonra edilən sazlanma yoxlamaları da komandanın performansına təsir edir: “Sıralanma turunda istədiyimiz tempi tapa bilmədik. Birinci sərbəst yürüşlərdən sonra bolidin sürətinə zərər verən dəyişikliklər etdik, amma əsas hədəfimiz bazar günü keçiriləcək yarışdır. Buna görə də sprint yarışı bizim üçün məşq sessiyası kimi şeydir”.
Şərh əlavə et