Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Ferstappen cərimələnib

FİA Maks Ferstappenin Braziliya yarışının startında 5 yer itirəcəyini təsdiq edib. 

Kokpit.az bildirir ki, niderlandlı sürücü güc qurğusundakı dəyişikliyə görə yarışın startında 5 yer itirəcək. Buna görə də çempionatın lideri İnterlaqosdakı yarışa ən yaxşı halda 6-cı yerdən başlayacaq. 

FİA bildirib ki, Red Bull bu mövsüm Maks Ferstappenə altıncı motorunu verəcək və limit keçdiyi üçün startda 5 yer itirməli olacaq.

Maks Ferstappen yeni güc qurğusuna şənbə günü keçiriləcək sprint yarışında əvvəl keçsə də, cəza bazar günü keçirilən əsas yarış üçün keçərli olacaq və bu gün sprint sıralanma turunda alacağı nəticəyə təsir etməyəcək.
Qeyd edək ki, niderlandlı sürücü bu ilin Belçika Qran Prisində bir mövsümdə icazə verilə dörd güc qurğusu limitini aşdığl üçün yarışın startında yer itirmişdi.
Xatırladaq ki, Üçqat Dünya Çempionu keçən həftəsonu Meksikada sərbəst yürüşlər zamanı güc qurğusu ilə problem yaşamış və cümə sərbəst yürüşlərndə çoxlu vaxt itirmişdi.
Mövsümün sonuna 4 yarış və 1 sprint yarışı qalıb. Maks hazırda ən yaxın izləyicisi Lando Norrisi 47 xal qabaqlayaraq, çempionatda liderlik edir.

Rauf Hacıyev

Şərh əlavə et