Kokpit.az bildirir ki, danimarkalı sürücü özünü pis hiss etdiyini deyib və buna görə də San Paulu Qran Prisinin birinci sərbəst yürüşlərini, sprint sıralanma turunu və sprint yarışını buraxmalı olacaq. Kevin özünü yaxşı hiss etsə, ən yaxşı halda şənbə günü əsas yarışın sıralanma turunda sükan arxasına qayıda bilər. Haas komandası cümə günündən sonra Kevinin sükan arxasına qayıdıb-qayıtmayacağını dəyərləndirəcək.
Qeyd edək ki, Oliver Berman gələn ildən etibarən Haas komandasının tamzamanlı sürücüsü olacaq.
Şərh əlavə et